İran

Ötən 3 ildə İranda yoxsulluq iki dəfə artıb

İranda əhali yemək, geyim, yaşayış yeri və sağlıq kimi bıra məsələlərdə ciddi problemlərlə üzləşib.  

Son illərdə ölkədə bahalıq və günü-gündən artan təvərrüm təbii olaraq İranda insanların yaşayışına mənfi təsir edib. İndi ölkə əhalisinin yüzdə 25-dən çoxu şəhər ətrafında yoxsulluq həddinin altında yaşayır.

İranda əhali yemək, geyim, yaşayış yeri və sağlıq kimi bıra məsələlərdə ciddi problemlərlə üzləşib.

Yol və Şəhərsalma Baxanlığının açıqladığı rəsmi rəqəmlərə görə, şəhərlərdə yaşayan ailələrin ümumi gəlirlərinin yüzdə 60-dan çoxu ev kirayəsi xərclərinə gedir. Habelə Mərkəzi Bankın məlumatına görə, İranda 6 milyon ailə indi kirayədə yaşayır. Belə olan halda, orta hesabla 24 milyon insanın kirayə evlərdə yaşadığını demək olar. İndiki acınacaqlı duruma görə isə əhali bahalı ev kirayəsini ödəyə bilmək üçün yemək xərclərini azaltmaq məcburiyyətində qalır.

Xatırladaq ki, İranda 1400-cü ildən (21 Mart 2021) bəri yemək məhsullarının qiymətində yüzdə 65-lik artım müşahidə olunur. Uzmanların fikrincə isə, 1400-cü ilin sonuna qədər ölkədə təvərrüm yüzdə 60-a çatacaq.

Related Articles

Bir cavab yazın

Back to top button