İran

OTRİŞ-İRAN ƏNCUMƏNİNİN BAŞ DƏBİRİ HƏBS CƏZASINA MƏHKUM EDİLDİ

Otriş dövləti ikili vətəndaşlığı olan və İran əsilli məhbus və Otriş-İran Əncuməninin baş dəbiri Məsud Musahibin azad edilməsinə çalışır.
İran hökuməti heç bir dəlil və sənəd ortaya qoymadan onu “casusluq” ittihamı ilə 10 il həbsə məhkum edib.
Vyəndə çıxan “Standart” qəzeti xordadın 2-i, cümə günü dərc etdiyi məlumatda, İran hökumətinin İran əsilli Ortiş vətəndaşı olan məhbus və Otriş-İran Əncuməninin baş dəbiri Məsud Musahib barəsində çıxardığı məhkəmə qərarını sərt intiqad edib.
Qəzetin yazdığına görə, İranın hələ də koronavirus mərizliyindən əziyyət çəkməsinə baxmayaraq, ölkənin məhkəmə sistemi ağır cəzalar verməkdə davam edir.
Qəzet yazır ki, Məsud Musahib, avrilin 20-də İran məhkəməsi tərəfindən İsrail və Almana casusluq ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Related Articles

Bir cavab yazın

Back to top button