İran

AMERİKA İRAN REJİMİNİ TERRORÇULUQDA GÜNAHLANDIRDI

Amerika Xarici İşlər Vəzirliyi cümə günü yaydığı quzarişdə İran hökumətinin bir sıra “teror fəaliyyətlərini”, habelə xaricdəki siyasi müxaliflərin haqlarının pozulmasını şərh edib. Vurğulanıb ki, “İran terorçuluğu”nun əhatə dairəsi 40 ölkədə geniş yayılıb.“1357-ci ildə hakimiyyətə gəldiyi gündən bəri Tehran rejimi bir çox ölkədə sui-qəsd və terror həmlələrində şirkət edib”.
“İranın dünyada sui-qəsd kəmpeyninə başqa ölkələrdə 360 qətl, eləcə də yüzlərlə insanın ölümünə və ya yaralanmasına səbəb olan teror həmlələri daxildir”,-deyə Amerikanın Xarici İşlər Vəzirliyi vurğulayıb.
Quzarişə görə, İran bu teror qətllərini və başqa həmlələri Sepahın “Qüds” qüvvələri, habelə İttilaat Vəzirliyi vasitəsilə gerçəkləşdirib. Eləcə də üçüncü şəxslərdən və “Hizbullah” kimi niyabəti qüvvələrdən də istifadə edir

Related Articles

Bir cavab yazın

Back to top button