Dünya

“Həmas”ın üzvü Qasım Süleymanidən maddi yardım aldığını açıqlayıb

Fələstində “HƏMAS”ın yüksək məqamlarından olan Mahmud əz-Zəhar 2006-cı ildə Tehrana səfəri zamanı Sipahın Qüds Qüvvələrinin keçmiş fərmandehi Qasım Süleymanidən 22 milyon dollar pul aldığını bildirib. Bu barədə Mahmud əz-Zəhar “Əl-Aləm” telekanalına müsahibəsində açıqlama verib. Məlumata görə, o, Qasım Süleymani ilə görüşündə əsas problemin işçilərin aylıqları, ictimai xidmətlərin ödənişi və Qəzzə xalqına yardımla bağlı olduğunu bildirib. O, problemin həlli üçün Qasım Süleymaninin maddi yardım göstərdiyini vurğulayıb. Mahmud əz-Zəhar İrana səfərinin HƏMAS xarici işlər vəziri kimi işə başladıqdan sonra baş tutduğunu açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button