Dünya

Özbəkistan Avrasiya İqtisadi Birliyində müşahidəçi statusu alacaq

Dekabr ayında Özbəkistana rəsmi olaraq Avrasiya İqtisadi Birliyində müşahidəçi statusu veriləcək. Özbəkistanla yeni formatda əməkdaşlığın əlavə bir təkan və inkişaf alacağına ümid edirik. Bu açıqlama ilə Rusiya Sənaye və Ticarət Nazirliyinin departament direktoru Mixail Anisimov “Sənaye Dialoqu: Rusiya və Özbəkistan” onlayn konfransı çərçivəsində çıxış edib.

Qeyd edək ki, Özbəkistan bu statusu, təşkilata üzv dövlətlərin başçılarının iştirakı ilə ənənəvi olaraq ilin sonunda baş tutacaq Ali Avrasiya İqtisadi Şurasının iclasında əldə edə biləcək.

Avrasiya İqtisadi Birliyi 2015-ci il yanvarın 1-dən fəaliyyətə başlayan beynəlxalq inteqrasiya iqtisadi birliyidir. İştirakçılar Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır. Hazırda müşahidəçi statusunda bir ölkə var – Moldova.

Bu cür əməkdaşlıq nəticəsində Özbəkistan ixrac məsələlərindəki güzəştlər hesabına 1,6 milyard dollar dəyərində əlavə gəlir əldə etməyə, dəmir yolu nəqliyyatının maya dəyərinin 220 milyon dollar azaldılmasına və əmək miqrantlarının gəlirlərinin 15-20 faiz artırılmasına ümid edə bilər.

Related Articles

Bir cavab yazın

Back to top button