Dünya

Pakistanda polis məntəqəsindəki partlayışda ölənlərin sayı 13-ə çatıb, 50-dən çox şəxs yaralanıb

Pakistanın Svat bölgəsində polis idarəsinin Terrora Qarşı Mübarizə Mərkəzinin sursat anbarında baş verən partlayış nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb, 50-dən çox şəxs yaralanıb.

“Report” “News.ru”ya istinadən xəbər verir ki, bunu regional polis idarəsinin rəisi Əxtər Hayat bildirib.

Onun sözlərinə görə, elektrik naqillərində baş verən qısaqapanma nəticəsində partlayış və yanğın olub.

Rəis deyib ki, ölənlərin 10-nu antiterror bölməsinin əməkdaşıdır. Bundan başqa, bir qadın və uşaq, habelə binanın yaxınlığından keçən sakin ölüb.

Pakistanın Svat bölgəsində polis məntəqəsini hədəf alan bombalı hücumda azı 8 polis əməkdaşının öldüyü, 57 nəfərin yaralandığı bildirilib.

“Report” xəbər verir ki, Pakistan mətbuatında yer alan xəbərlərə görə, ölkənin şimal-qərbindəki Hayber Paxtunxva əyalətinin Svat bölgəsində həyata keçirilən hücumda Pakistan Terrorla Mübarizə Bölməsi (CTD) hədəf alınıb.

Bombalı hücumda iki partlayışın olduğu və polis idarəsinin binasının tamamilə dağıldığı qeyd edilib. İlkin məlumata görə, hücumda 8 polis əməkdaşı həyatını itirib, 57 nəfər isə yaralanıb.

Hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button