Dünya

Pakistandan Azərbaycana bir daha dəstək

Pakistanın Azərbaycandakı səfirliyi Pakistan Xarici İşlər Vəzirliyinin bəyanatını yayıb. Bəyanatda bildirilir:
“Pakistan Azərbaycanın Gəncə şəhərinin və digər mülki yaşayış mərkəzlərinin atəşə tutulması ilə bağlı son xəbərlərdən olduqca narahatdır və Ermənistanı bu əməllərdən çəkinməyə çağırır.”
Bildirilib ki, Pakistan Dağlıq Qarabağ bölgəsindəki edən hadisələri yaxından izləyir.
“Gəncə, Tərtər və Bərdə şəhərləri ilə birgə azərbaycanın əsas ərazilərindəki şəxsi yaşayış mərkəzlərinin vurulması ilə bağlı son xəbərlər olduqca narahat edicidir. Pakistan Azərbaycan hökumətinə və xalqına başsağlığını çatdıraraq, Ermənistanı beynəlmiləl humanitar hüququ pozaraq günahsız mülki insanlara hücum etməkdən çəkinməyə çağırır. Qardaş Azərbaycan xalqının vətənlərini qorumaq üçün apardıqları qanuni savaşlarında dəstəyimizi bir daha təsdiqləyirik” deyə bəyaniyədə qeyd olunub.

Related Articles

Bir cavab yazın

Back to top button