Dünyaİran

Panama İrana qarşı qərar qəbul edib

Panama Dəniz Administrasiyası öz bayrağından İran Milli Neft Şirkəti üçün istifadə hüququnu ləğv edib.

Dünyanın ən böyük gəmi qeydiyyatı orqanı olan Panama Dəniz Administrasiyası İran Milli Neft Şirkəti ilə əlaqəli 136 neft tankerinin öz bayrağından istifadə hüququnu ləğv edib və onların qeydiyyatını dayandırıb.

Bu qərar “Atom İranına Qarşı Alyans” təşkilatının İranın sanksiyalardan yayınmaq üçün Panamada neft tankerlərinin qeydiyyatı obyektlərindən istifadə etməsi ilə bağlı açıqlamasından sonraya təsadüf edir.

Yanvarın 19-da Amerikanın bu nüfuzlu qeyri-hökumət təşkilatı öz internet saytında ABŞ sanksiyalarını pozan və Panama bayrağı altında İran neftinin daşınmasında iştirak edən 140 neft tankerinin siyahısını bu ölkənin Dəniz Administrasiyasına təhvil verdiyini açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button