İran

“Pantürkizmə qarşı birləşməliyik”- Kürd partiyası yenidən Qərbi Azərbaycana ərazi iddiası irəli sürüb

Kürdüstan Demokrat Partiyasının əlaqələr bölməsinin məsulu Məhəmmədqadir Salehi "Tişək" televiziyasına verdiyi açıqlamada Qərbi Azərbaycanın adını təhrif edərək "Urmiya əyaləti" adlandırıb.

“Urmiya Kürdüstan coğrafiyasının bir parçasıdır və bütün kürdlər pantürkizm qarşısında birləşməlidir”-deyə, kürd partiyasının nümayəndəsi bildirib.

Adı çəkilən televizİyada Qərbi Azərbaycan əyalətində və əyalətin Makı mahalının Avacıq bölgəsində “İran İslam Respublikası və pantürkizmin demoqrafik tərkibin dəyişdirilməsinə çalışdığı” iddia olunub.

Bununla yanaşı başqa kürd televizya kanalları da. son günlər Qərbi Azərbaycan əyalətinə olan iddiaları yenidən gündəmə gətirib və səsləndirməyə başlayıblar.

Onlar Qərbi Azərbaycan əyalətinin demoqrafik təribiilə bağlı qondarma xəritələr hazırlayıb və kürdlərin bölgənin əsas aparıcı etnosu kimi qələmə verilməsinə çalışırlar.

Qeyd edək ki, bir neçə gün öncə silahlı mühacir kürdlər Qərbi Azərbaycan əyalətinin Makı şəhərinin Avacıq bölgəsinin Nado kəndinə hücum edib və 3 azərbaycanlını güllələyərək öldürüblər.

PKK terror təşkilatı və başqa silahlı kürd qruplaşmaları Azərbaycan torpaqlarında, İran-Türkiyə sərhədinə yaxın ərazilərdə narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalların tranzitinə nəzarət etmək üçün təhlükəsiz zona yaratmağa çalışır.

Related Articles

Bir cavab yazın

Back to top button