Dünya

Dünyada koronavirusa yoluxanların statistikası

Dünyada koronavirusa tutulma ilə bağlı təsdiq edilmiş halların sayı 85 milyonu ötüb. Bu barədə Cons Hopkins Danişqahı məlumat yayıb. Bildirilib ki, hazırda dünyada koronavirusa tutulanların sayı 85 059 632 nəfər olub. Virusa tutulmuş şəxslərdən 1 841 077 insan ölüb, 47 777 565 məriz sağalıb. Ən çox tutulma sayı Amerikada qeydə alınıb. Birləşmiş Əyalətlərdə epidemiyə tutulan 351 426 insan dünyasını dəyişib.
Listdə tutulmaların sayı üzrə ikinci yerdə 10 323 965 göstərici və 149 435 insan ölümü ilə Hindistan qərarlaşıb. Listdə daha sonra Brezil yer alıb. Bu ölkədə 7 716 405 vətəndaş təhlükəli virusa tutulub, onlardan 196 018-i ölüb. Cons Hopkins Danişqahının bilgisinə əsasən, Rusiya tutulma hallarının sayı üzrə dördüncü yerdədir. Belə ki, Rusiyada 3 236 787 tutulma halı qeydə alınıb, 2 618 882 insan sağalıb, 58 506 məriz ölüb.

Related Articles

Bir cavab yazın

Back to top button