İran

Parsabadda İsmət məktəbinin təmirinə ehtiyac var

Parsabadın Təhsil İdarəsinin rəisi İsmət mədrəsəsində təmir-ehya işlərinin dayandırılması barədə danışıb. Kiyumərs Haşemi 1392-ci ildə mədrəsənin təmir edilməsinin qərara alındığını bildirib. Ancaq mülk sahibinin iddiaları, yetərli büdcənin olmaması təmir projəsinin dayandırılmasına səbəb olub. Haşemi Parsabaddda mədrəsələrin sayının az olmasına diqqət çəkib. İsmət mədrəsəsinin təmiri üçün xeyriyyəçilərin yardım etməsini istəyib. Qeyd edək ki, illərdir təmir işləri dayandırılan İsmət mədrəsəsi mötadların toplaşdığı məkana çevrilib. Bildirək ki, Güney Azərbaycanın bir çox şəhərlərində mədrəsələrin təmir prosesi büdcə çatışmazlığı kimi bəhanələrlə tamamlanmır. Bu da təhsil müəssisələrinin sayının azalmasına səbəb olur.

Related Articles

Bir cavab yazın

Back to top button