İran

Parsabadda pambıq yiğımına başlanılıb

“Ərdəbilin Parsabad bölgəsində pambıq yığımına başlanılıb.
Bu il ən çox pambığın Parsabad və Aslanduz şəhərlərindən yığılması gözlənilir”.

Bu barədə Ərdəbil Ustanının Əkinçilik Cihadı sazmanının məsullarından Əhməd Şəhriyari açıqlama verib. “Bu il Aslanduzda pambıq əkimi yüzdə 80 çoxalacaq. 50 min tondan çox pambığın yığılması gözlənilir. Ərdəbil ustanının quzeyində pambıq əkimi üçün 13 min hektarlıq sahə ayrılıb. Pambıq Muğan bölgəsinin ən önəmli əkinçilik məhsullarındandır. Bölgədə 7 pambıq təmizləmə mərkəzi fəaliyyət göstərir”,-deyə o, bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button