Dünya

PAŞİNYAN KORONOVİRUSA TUTULDU

Ermənistan Baş vəziri Nikol Paşinyan koronavirusa tutulub. Bu məlumatı o, Feysbuk səhifəsindəki canlı yayım zamanı açıqlayıb.

Paşinyan koronavirus üçün ondan götürülən testin müsbət çıxdığını bildirib:

“Məndə heç bir əlamət yox idi, amma səfərə getməli olduğum üçün test vermək qərarına gəldim. Bütün ailə üzvlərimin test nəticələri də müsbət çıxıb. Aydındır ki, ailə üzvlərim məndən tutub”.

Paşinyan hazırda heç bir əlamət onda müşahidə edilmədiyini və iqamətgahından işləməyə davam edəcəyini söyləyib.

Related Articles

Bir cavab yazın

Back to top button