az

“Paşinyan logistik əlaqələrin qurulması üçün Əliyevə yaşıl işıq yandırıb”

Ermənistanın baş naziri deyib ki, İrəvan Azərbaycanla logistik əlaqələrin bərpasında çox maraqlıdır.

“Fars News” xəbər verir ki, Ermənistanın baş naziri Rusiyanın Vladivostok şəhərində keçirilən 7-ci Şərq İqtisadi Forumunun ümumi iclasında bildirib ki, Ermənistan Azərbaycan ilə nəqliyyat kommunikasiyalarının bərpasında olduqca maraqlıdır.

Onun sözlərinə görə, bu layihənin arxasında duran ideya Ermənistanın Azərbaycandan, Azərbaycandan isə Ermənistandan keçən nəqliyyat marşrutlarına çıxış əldə etməsidir.

“Qlobal baxımdan bu, yeni beynəlxalq ticarət yollarının açılması üçün bir fürsətdir. Deməliyəm ki, biz bu məsələdə çox maraqlıyıq”,-deyə o, əlavə edib.

Paşinyan qeyd edib ki, bu məsələ yaxın vaxtlarda Rusiyanın dəstəyi ilə həllini tapacaq.

https://bit.ly/3KXSWQx

Related Articles

Bir cavab yazın

Back to top button