Dünya

Paşinyanın iqamətgahını qarət edən 3 nəfər saxlanılıb

Ermənistan Milli Təhlükəsizlik Xidməti noyabrın 10-da gecə baş nazir Nikol Paşinyanın hökumət iqamətgahına daxil olaraq soyğunçuluq edən 3 nəfəri saxlayıb.

APA-nın “armeniasputnik.am”-a istinadən verdiyi məlumata görə, şübhəlilər noyabrın 11-də saxlanılıb.

Saxlanılanlardan ikisinin üzərində oğurlanan əşyalar aşkarlanıb. Üçüncü şəxslə bağlı araşdırmaların gedişində də oğurlanmış əşyaların digər qismi tapılıb. Baş nazirin oğurlanmış kompüteri, saatı, ətiri, sürücülük vəsiqəsi, hərbi bileti və digər əşyalar tapılıb.

Saxlanılan şəxslər zorakılıqla müşahidə olunan kütləvi iğtişaşların təşkili, soyğunçuluq, mülkiyyəti məhv etmək, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaq, ölkənin Konstitusiya quruluşunu zorla dəyişdirməyə çağırış, Prezident, Milli Məclis, hökumət və Konstitusiya Məhkəməsinə zor tətbiqi ilə hədələmə, soyğunçuluq, pasport və digər vətəndaş sənədlərini oğurlamaqda ittiham olunurlar.

Related Articles

Bir cavab yazın

Back to top button