İran

Paşinyanın komandası da onun istefasını tələb edir

Ermənistanda hakim “Mənim addımım” fraksiyonunda təmsil olunan millət vəkilləri arasında baş vəzir Nikol Paşinyandan narazılıq halları artır.
Belə ki, novambrın 10-da kapitulyasiyondan sonra fraksiyonun üç üzvü bloku tərk edib və bir neçə yüksək vəzifəli məmur istefa verib. Hazırda dövlət timində baş vəzirin istefası istəyi ilə bağlı ciddi fikir ayrılığı yaranıb.
Adı açıqlanmayan millət vəkili fraksiyon üzvlərinin təqribən yüzdə 80-nin Paşinyanın istefasının tərəfdarı olduğunu bildirib: “Paşinyan getsə də, növbədənkənar parlman seçkilərindən əvvəl timimizdən biri onu əvəz edəcək. Məsələn, baş vəzirin müavini Tiqran Avinyan və ya başqa vəzir Suren Papikyan müvəqqəti bu işi icra edə bilər”, – deyə millət vəkili qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button