İran

Tehranın qızıl bazarının fəaliyyəti 2 həftə dayandırılacaq

Korona ilə Mübarizə Sitadının qərarı və Tehran şəhəri fərmandarının göstərişi ilə, Tehranın qızıl bazarı azər ayının 1-dən qapadılacaq.

Tehranda qızıl bazarı qapadılacaq. Bu barədə Tehran şəhəri Qızıl və Cəvahir İttihadiyyəsinin rəisi İbrahim Məhəmmədvəli abanın 29-da açıqlama verib. Onun sözlərinə görə, Qızıl və Cəvahir İttihadiyyəsinin nəzarətində olan Tehranın xiyavanlarında, ticarət müctəmələrində, hətta bazarında qızıl, cəvahir, gümüş və sair bu kimi məhsulların satışı ilə məşğul olan iş yerləri bağlanmalıdır.
Qeyd edək ki, bu ilin ötən fərvərdin və ordibehiştində Tehranın Qızıl və Cəvahir İttihadiyyəsinə tabe iş yerləri bir neçə həftə fəaliyyətini dayandırıb.
Korona üzrə Hərtərəfli Məhdudlaşdırma adlandırılan bu tərh azər ayının 1-dən icra olunacaq. Tərhə əsasən, qırmızı vəziyyətin hökm sürdüyü 100 şəhristanda vətəndaşların zəruri ehtiyaclarını, əmniyətini, sağlamlığını təmin edən mərkəzlər istisna olmaqla, bütün iş yerləri 2 həftəyədək bağlanacaq.

Related Articles

Bir cavab yazın

Back to top button