Dünya

Pekin Olimpiadasında İranlı xizəkçinin dopinq testi müsbət çıxıb

2022-ci il Pekin Qış Olimpiya Oyunlarında İran təmsilçisinin dopinq-testi müsbət çıxıb.

Beynəlxalq Antidopinq Agentliyi (ITA) yaydığı bəyanatda fevralın 7-də keçirilən yarışdankənar testdə 2022-ci il Pekin Qış Olimpiya Oyunlarında iştirak edən İran vətəndaşı Hüseyn Save Şmeşkinin dopinqdən istifadə etdiyi açıqlayıb.

Məlumata görə, 36 yaşlı iranlı idmançı müvəqqəti olaraq yarışlardan kənarlaşdırılıb və ona olimpiya oyunlarında iştirak etmək, məşqçilik etmək və ya başqa hər hansı digər fəaliyyətlə məşğul olmaq qadağan edilib.

Qeyd edək ki,  Hüseyn Save Şemşaki 2014-cü il Soçi və 2010-cu il Vankuver Qış Olimpiya Oyunlarında iştirak edib və Vankuverdə İran komandasının bayraqdarı olub.

Related Articles

Bir cavab yazın

Back to top button