İran

“PEN- KLUB” İRAN YAZARLAR BİRLİYİNİN ÜZVLƏRİNİN MÜHAKİMƏ EDİLMƏSİNƏ ETİRAZ EDİB

Beynəlmiləl PEN-klub 100 ölkədəki 150 şöbəsini “İran Yazıçılar Birliyinin üzvü olan üç yazarın həbs cəzalarının ləğvinə çalışmağa” çağırıb.
Beynəlmiləl PEN-klub – Rza Xəndan , Bektaş Abtin və Keyvan Bajən adlı üç iranlı yazıçı barəsində çıxarılan məhkəmə hökmlərinə etiraz olaraq, “yazarların həbs cəzasına məhkum olunmasının qınanması”nı “söz azadlığı haqqının kobud şəkildə pozulması” adlandırıb.
PEN-klub, habelə dünyanın 100 ölkəsində fəaliyyət göstərən 150 şöbəsini İran məqamlarından “ölkənin məhkəmə sistemindən yazıçıların təqib edilməsi üçün sui-istifadə hallarına son qoymağı” tələb etməyə çağırıb.
Beynəlmiləl PEN-klubun həbsdə olan Yazıçılar Komitəsinin rəisi Salil Tripati, “bu yazarlar əsla mühakimə və həbsə məhkum olmamalı idilər və xüsusilə İranda Covid- 19-un geniş yayıldığı indiki vəziyyətdə onlar ümumiyyətlə həbsə atılmamalıdırlar”, – deyib.
Açıqlamada deyilir:
“Bu yazarlar təkcə İranda dövlətləri daim intiqad etdikləri üçün təqib və əziyyətlərə məruz qalıblar. Təəccüblüsü odur ki, həmin yazıçılara qarşı irəli sürülən ittihamlardan biri də müxalif yazarların qəbrlərini ziyarət etməkdir. İranda da vəziyyətə ciddi təsir edən koronavirusun dünyada yayıldığı bir vaxtda, İran hökumətinin əsas işi insanların sağlamlığını qorumaq olmalıdır, yazıçıları qorxutmaq və həbsə atmaq deyil”.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close