Dünyaİran

Pentaqon İranın dəstəklədiyi yaraqlılarla PKK-nın İraqda Türkiyə qüvvələrinə qarşı əməkdaşlıq etdiyini bildirib

Qeyri-rəsmi mənbələr İranla Türkiyə və Azərbaycan arasında gərginliyin artdığını bildirir.

Tehranla Ankara arasında münasibətlər son onilliklərdə ən yüksək səviyyədə olsa da, regionda baş verən proseslər onlar arasında ziddiyyətlərin artmasına doğru gedir.

Amerikanın Müdafiə Nazirliyinin (Pentaqon) məlumatına görə, ölkənin hərbi kəşfiyyatı İranın dəstəklədiyi yaraqlıların kürd terrorçularla birgə şimali İraqda Türkiyə qüvvələrinin hərbi bazalarına hücumda əməkdaşlıq etdiyini düşünür.

“Al-Monitor” xəbər ajansı mayın 3-də yazıb ki, İranın dəstəklədiyi yaraqlılar açıq şəkildə Türkiyə qüvvələrinin şimali İraq dağlarında PKK-ya qarşı hərbi əməliyyatlarını pisləyib.

Pentaqonun məlumatında qeyd olunub ki, İranın dəstəklədiyi proksi (niyabəti) qruplaşmalar son aylarda İraq və Suriyada Türkiyəyə qarşı raket hücumlarında iştirak ediblər

Related Articles

Bir cavab yazın

Back to top button