Dünya

Pentaqon sözçüsü: Amerika husilərin hücumları ilə mübarizə aparmaq üçün öz müttəfiqləri ilə əməkdaşlıq edir

Pentaqonun sözçüsü Con Kerbi deyib ki, Amerika bölgəsəl müttəfiqləri ilə bu ölkələrin İranın himayə etdiyi yaraqlıların təhdidləri qarşısında özlərini müdafiə edə biləcəyindən əmin olmaq üçün əməkdaşlıq etməyə davam edir.

Pentaqonun sözçüsü Con Kerbi deyib ki, Amerika bölgəsəl müttəfiqləri ilə bu ölkələrin İranın himayə etdiyi yaraqlıların təhdidləri qarşısında özlərini müdafiə edə biləcəyindən əmin olmaq üçün əməkdaşlıq etməyə davam edir.

“Aznews tv”ın xəbərinə görə, Kerbi yanvarın 18-də mətbuata açıqlamasında habelə bildirib ki, Amerika hökuməti bölgə ölkələrinin bu hücumlardan vaxtında xəbərdar olub və vaxtında onların qarşısını ala biləcəklərindən əmin olmaq istəyir.

Kerbi hətta ən yaxşı hava hücumundan müdafiə sistemlərinin belə mütləq şəkildə insansız uçaqlardan qaynaqlanan təhdidlərin hamısının qarşısını almağa qadir olmadığını vurğulayaraq qeyd edib ki, İranın maliyyə və silah təminatı ilə dəstəklədiyi husilər İraq və Suriyada da eyni dağıdıcı fəaliyyət göstərirlər.

Pentaqon habelə bəyanatında ötən günlərdə husilərin Birləşmiş Ərəb Əmirliklərinə üç günahsız insanın ölməsi, bir neçə nəfərin yaranlanması və mülki infrastrukturun dağıdılması ilə nəticələnən hava hücumlarını pisləyərək Amerikanın təhlükəsizliyi qorumaq və müdafiə qabiliyyətini gücləndirmək öhdəliyini bir daha təkrarlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button