Dünya

Bəhreyndə Süleymaninin intiqamını almaq istəyən şəxslər həbs edilib

Bəhreyn məhkəməsi Sepahın Qüds Qüvvələrinin fərmandehi Qasım Süleymaninin qisasını almağa hazırlaşan 8 nəfəri ömürlük həbs cəzasına məhkum edib. Məsələ ilə bağlı yerli mətbuat orqanları xəbər yayıb. Müttəhimlərin İran tərəfindən dəstəklənən qrup üzvləri olduqları açıqlanıb.
Xatırladaq ki, Qasım Süleymani və İraqın “Kətaebe Hizbullah” qrupunun fərmandehi, “Həşd Şəəbi” qrupunun müavini Əbu Mehdi əl-Mühəndis Amerika Silahlı Qüvvələrinin pəhpad hücumu nəticəsində ölüblər. Bu məsələ İran məqamlarının sərt təpkisinə səbəb olub. Onlar dəfələrlə Amerika hakimiyyətini intiqam alacaqları ilə hədələyiblər.
Qeyd edək ki, “Hizbullah”ın bir qrup üzvünün Ərəbistanın Tehrandakı səfirliyinə hücumundan sonra Bəhreyn İranla diplomatik ilgilərini kəsib.

Related Articles

Bir cavab yazın

Back to top button