Bu barədə İran mediası məlumat yayıb.
Onu bu səfərdə siyasi və iqtisadi rəsmilərdən ibarət yüksək səviyyəli nümayəndə heyəti müşayiət edir.
İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudaninin rəsmi dəvəti ilə həyata keçirilən səfər 3 gün davam edəcək.
Pezeşkian səfər çərçivəsində İraq Prezidenti, baş naziri, parlament və məhkəmə rəsmiləri ilə görüşlər keçirəcək.
Görüşlər çərçivəsində birgə əməkdaşlıq sənədlərinin imzalanması planlaşdırılıb.