İran

​​Pezeşkiana görə mühafizəkarlar arasında qarşıdurma yarandı

İranda növbədənkənar prezident seçkisinin keçirilməsi və Məsud Pezeşkianın qələbəsindən sonra onun rəqibləri Səid Cəlili və Məhəmməd Baqir Qalibaf arasında çəkişmə və qarşıdurma güclənib.

Bu, seçki qərargahlarının yaydığı bəyanatlardan məlum olur.

Mühafizəkar “İnqilab Cəbhəsi” siyasi cərəyanına mənsub olan iki namizədin seçki qərargahları yaydıqları bəyanatlarda Pezeşkianın qələbəsinə görə bir-birini günahlandırıblar.

Qalibaf birinci turda Səid Cəlilinin onun xeyrinə namizədliyini geri götürmədiyini, Məsud Pezeşkianın qələbə çaldığını və bunun nəticəsində də “İbrahim Rəisi siyasi kursu”nun başa çatdığını deyib.

Səid Cəlili də oxşar bəyanat yayaraq, parlament sədri Məhəmməd Baqir Qalibafı ittiham edib.

Bəyanatlardan məlum olub ki, seçkidən əvvəl SEPAH-nin Qüds qüvvələrinin komandiri İsmayıl Qaani Cəlili və Qalibafla Məşhəd şəhərində qapalı iclas keçirib və onlardan birinin digərinin xeyrinə namizədliyini geri götürməsini istəyib.

Qeyd edək ki, Məsud Pezeşkian iyulun 5-də İranda keçirilən prezident seçkisinin ikinci turunda 30,53 milyon bülletenin nəticələrinə əsasən, 16,384 milyon (53,6%) səs toplayaraq, İranın 9-cu prezidenti seçilib.

Related Articles

Bir cavab yazın

Back to top button