Dünya

Pompeo: “Təzyiq göstərməklə 70 milyard dolların İrana çatmasının qarşısını aldıq”

Amerikanın xarici işlər vəziri Mayk Pompeo radioya verdiyi müsahibəsində, “Amerika basqı göstərməklə İranı idarə edən oğru və dinçi hökumətə 70 milyard doların çatmasının qarşısını almağı bacarıb. Bununla da İranın atom silahı düzəltməyə və terorizmi himayə etməyə imkanı azalıb”, – deyə bildirib.
Onun sözlərinə görə, bu tərz yanaşma İranın atom silahı düzəltməyə və terorizmi himayə etməyə çoxlu mali qaynaqların məhv edib.
Pompeo habelə Obamanın prezidentliyi çağı onun və Coy Baydenin imzaladıqları İranla atom anlaşmasını “dəlilik” adlandırıb. “Bu anlaşma İrana atom silahına çatma yolunu açıb”, – deyə bildirib.
Mayk Pompeo eləcə də, Avropa ölkələrindən, atom anlaşmasında qaldıqları üçün intiqad edərək, bu ölkələrin də Amerika ilə işbirliyi göstərəcəklərinə ümid etdiyini deyib.

Related Articles

Bir cavab yazın

Back to top button