Ölkə başçısının müraciətdə söylədikləri:
Aparılmış qısa müddətli antiterror əməliyyatı zamanı düşmənin böyük hissədə hərbi texnikası sıradan çıxarılıb;
2-ci Qarabağ müharibəsindən sonra 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olub;
Qarabağda Ermənistan ordusuna məxsus 100-dən çox tank və zirehli texnika, 200-dən çox artilleriya və havadan müdafiə qurğuları yerləşdirilmişdir;
Mən ancaq hərbi obyektlərə atəş açılması barədə əmr vermişdim. Biz yüksək dəqiqlikli silahlarla buna nail olduq;
Qanunsuz rejim öz əski parçasını da сibinə qoyub, çıxmalıdır Qarabağdan;
Artıq qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesinə və tərksilah olunmasına başlanmışdır;
Qarabağ Azərbaycanın ərazisidir və bunu bütün dünya, eləcə də Ermənistan rəhbərliyi qəbul edir;
Təəssüf ki, şəhid və yaralı əsgər və zabitlərimiz var. Allah onlara rəhmət eləsin, yaralılara şəfa versin.