İran

Rusiya İrana Xəzərin qaz ehtiyatlarından istifadə etməsinə icazə vermir

Tehran Ticarət Odasının Enerji Komisyonu başçısı Rza Pədidarı deyib: Türkiyə son bir ildə İrandan qaz alışını yüzdə 31 azaldıb və Azərbaycandan 11 milyard metr-mükəəb təbii qaz alışına dair anlaşma imzalayıb.

Enerji iqtisadçıları qarşıdan gələn qış mövsümü ilə bağlı İranda qaz tədarükünün durumundan narahatdırlar.

Tehran Ticarət Odasının Enerji Komisyonu başçısı Rza Pədidarı deyib: Türkiyə son bir ildə İrandan qaz alışını yüzdə 31 azaldıb və Azərbaycandan 11 milyard metr-mükəəb təbii qaz alışına dair anlaşma imzalayıb.

İranın “CNG” şirkətlərinin nümayəndəsi də öncəki İran dövlətinin Rusiya ilə imzaladığı və kinayə ilə “Türkmənçay qaz anlaşması” adlandırılan razılaşmaya toxunaraq deyib ki, bu anlaşmaya görə, tezar ölkəsi (Rusiya) İranın Xəzər dənizindəki səkkiz böyük qaz quyusundan istifadə etməsinə imkan vermir.

Ölkədə qaz çıxarılması və istifadəsi ilə bağlı prosesləri, təhlilləri diqqətlə izləyən təhlilçilər bu qış fəslində olası qaz kəsintisinin ölkənin sənaye və ürətim vahidlərinin həyatını nə dərəcədə təhlükə altına alacağı ilə bağlı uyarını ciddi hesab edirlər.

Related Articles

Bir cavab yazın

Back to top button