Azərbaycanİran

“Prezident müdaxilə etməsə Urmu gölü bərpa olunmayacaq”-Xoyun millət vəkili

Qərbi Azərbaycan əyalətinin Xoy şəhərinin İran parlamentindəki nümayəndəsi Adil Nəcəfzadə Urmu gölünün bərpası ilə bağlı keçmiş və indiki hökumətin fəaliyyətlərinin yetərli olmadığını deyib.

“Hər iki hökumətin məsələ ilə bağlı fəaliyyəti Azərbaycan xalqının layiq olduğu səviyyəyə uyğun olmayıb.

Urmu Gölünün Bərpası Qərargahı yatıb, fəaliyyətsizdir. Şəxsən prezident məsələyə müdaxilə etməsə bərpa işləri mümkün olmayacaq”-deyə, millət vəkili bildirib.

Urmu gölünü mədəniyyətlərin beşiyi və Azərbaycanın döyünən ürəyi adlandıran Nəcəfzadə İbrahim Rəisidən ekoloji problemin həlli ilə bağlı təcili tədbir görməsini istəyib.

Millət vəkili bərpa işlərinin belə davam edəcəyi təqdirdə ölkənin şimal-qərb bölgəsində ətraf mühitin və ekosistemin məhv olacağı barədə xəbərdarlıq edib.

Related Articles

Bir cavab yazın

Back to top button