Dünya

Prezident: “Rusiya yeni hücuma başlayıb”

"Rusiya Ordusu hücuma başlayıb. Artıq bir neçə istiqamətdən hücumlar həyata keçirilir”.

RBC-yın verdıyı  məlumatına görə, Ukrayna lideri hansı istiqamətlərdən danışdığını dəqiqləşdirməyib. Lakin bir gün əvvəl o, ən çətin vəziyyətin Baxmut və Vüqledar bölgəsində yarandığını deyib.

Zelenski Ukrayna qüvvələrinin “özləri əks-hücuma başlayana qədər” müqavimət göstərə biləcəyinə əminliyini ifadə edib, lakin Kiyevin daha çox Qərb silahına ehtiyacı olduğunu vurğulayıb. Prezident Qərbi hərbi yardımı artırmağa çağırıb.

Xatırladaq ki, fevralın 15-də Rusiya Müdafiə Nazirliyi qoşunların Luqanskda Ukrayna qüvvələrinin müdafiəsini yardığını və əvvəllər tutduqları mövqelərdən üç kilometrə qədər geri çəkildiyini bildirmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button