Dünya

Psaki̇: “Çi̇n rəsmi̇ləri̇ i̇lə Uyğurlar barədə müzaki̇rələr aparılacaq”

“Marsın 18-də Çin və Amerika məqamlarının Alaskada görüşü baş tutacaq. Görüş zamanı uyğurlara qarşı soyqırımı məsələsi Çinlə birbaşa müzakirə edəcəyimiz məsələlərdən biridir”. Bu fikirləri marsın 12-də Ağ Evin sözçüsü Cen Psaki səsləndirib. Onun sözlərinə görə, Amerika Çinin uyğurlara qarşı hərəkətlərini soyqırımı kimi tanımağa davam edir. “Biz bu alanda tərəfdaş ölkələrlə işləmək və Çinə daha çox basqı etmək üçün şəraitin yaranmasına çalışırıq”,-deyə Ağ Evin sözçüsü diqqətə çatdırıb. Cen Psaki İsrailin İranla atom anlaşmasına qarşı çıxma ehtimalında da söz açıb. “İranla atom razılaşmasına qarşı çıxılacağını bilirik. Vacib tərəfdaş olan İsraillə əməkdaşlığımızı davam etdirəcəyik”,-deyə o, vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button