İran

Purməhəmmədi: “Şərqi Azərbaycanda ixtisaslaşdırılmış şəhərlərin artırılması zəruridir”

“Şərqi Azərbaycan əyalətində ixtisaslaşmış şəhərlərin və tolidin artırılması vacibdir. Hazırkı dövrdə gənclərin işlə təmini ölkə üçün ən vacib məsələlərdəndir. Bu barədə daha çox diqqət ayrılmalıdır”. Bunu Şərqi Azərbaycan əyalətinin ustandarı Məhəmmədrza Purməhəmmədi deyib. O, azər ayının 20-də Tikmə Daş vilayətinin Kavə qeyri-dövlət sənaye şəhərciyinə lisenziya verilməsi mərasimində çıxış edib: “Əyalətdə belə şəhərlərin sayı artır. Hazırda bu kimi şəhərlər vasitəsilə 12 mindən çox şəxs işlə təmin olunub. Əyalətin yüksək vəzifəli müdiriyyəti bu sahədə fəaliyyət göstərənlərə dəstək göstəriləcəyini deyib. Polad sənayesini inkişaf etdirmək üstun tutduğumuz işlər sırasındadır. Həmin sənaye şəhərinin fəaliyyətə başlamasında bir sıra hədəflərimiz var. Nəticədə bərnamələrin bir hissəsi gerçəkləşəcək”. Purməhəmmədi Bostanabad vilayətinin Ocan kəndinə səfər edib. O, buradakı oksigen istehsal vahidinin açılışını edib.
“Bu bölgədə oksigen istehsalı vahidinin açılışı ilə mərizxana və müalicə mərkəzlərinin oksijenə olan ehtiyaclarının böyük bir həcmi təmin olunacaq”,-deyə o, açılış zamanı qeyd edib. Ustandarın Bostanabad bölgəsinə səfəri zamanı Kürkəndi kəndindəki bərq təmini projəsinin də açılışı edilib .
Unread messages

Related Articles

Bir cavab yazın

Back to top button