Dünya

Putin Amerika prezidenti ilə görüşünün məqsədlərini açıqlayıb

Rusiya Fedrasiyonu dövlət başçısı Amerika prezidenti ilə Suisdə keçiriləcək toplantının öncəsi maraqlı açıqlamalarla çıxış edib.
Rusiya prezidenti Valdimir Putin amerikalı həmkarı Co Baydenlə görüşdən öncə bəyan edib ki, onlardan şəxsi təmasların bərpası, birbaşa danışığın qurulması və real fəaliyyət göstərən qarşılıqlı ilgilər mekanizmlərinin yaradılması vacibdir.
Bu barədə Aznews tv RİA Novosti-yə istinadən xəbər verir.
“Danışmaq üçün Ümumi mövzular var.. Əgər görüşdən sonra biz bütün yönlərdə işlərin mekanizmlərini yaratsaq, mənə elə gəlir ki, bu yaxşı olardı, demək olardı ki, görüş havayıdan keçməyib”, – deyə prezident bildirib.
Putin xatırladıb ki, Ağ ev də bu barədə danışır: “hər iki tərəf üçün maraqlı olan bir neçə məsələ var – strateji sabitlik, bölgəsəl münaqişələr, ümumilikdə, qlobal mənada ekoloji barədə qayğı və sayberi təhlükəsizlik”.
Sonuncu problemi Rusiya Fedrasiyonu lideri ən vacib adlandırıb, çünki “bütöv sistemlərin sıradan çıarılması ağır nəticələrə səbəb olur”.
Dövlət başçısı vurğulayıb ki, yüksək səviyyədə görüşlərdən öncə iştirakçılar iş üçün xoş şərait yaratmaq üçün gərginlik yaradan mənfi sözləri azaltmağa çalışırlar.
“Burada qeyri adi heç nə yoxdur, bunu şişirtməzdim. Bu peşəkar yanaşmadır”, – o əlavə edib.

Related Articles

Bir cavab yazın

Back to top button