Dünya

“Putin imperiya iddiasını qoyub, amma indi 1919-cu il deyil” – ABŞ rəsmisi

“Putin öz çıxışında keçmiş Rusiya imperiyasının bütün ərazilərinə qarşı iddia irəli sürüb. Amma indi 1919-cu il deyil”.

Bu sözləri ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas Qrinfild bildirib.

“Putin bəyan edib ki, Rusiya bu gün Rusiya imperiyasının bütün ərazisinə qanuni iddia etməsi üçün əsası var. Söhbət SSRİ-yə qədər mövcud olmuş Rusiya imperiyasından gedir.

Bura bütün Ukrayna, Finlandiya, Belarus, Gürcüstan, Moldova, Qazaxstan, Qırığızstan, Taciksitan, Türkmənistan, Özbəkistan, Litva, Latviya, Estoniya, Polşanın və Trkiyənin bir hissəsi daxildir”.

Daimi nümayəndə bu iddia ilə bağlı deyib: “İndi 1919-cu il yox, 2022-ci ildir.

BMT müstəmləkəçilik əleyhinə prinsiplər üzərində yaradılıb. BMT-nin üzvlərinin böyük əksəriyyəti geriyə yox, irəliyə doğru getmək istəyirlər”-deyə Qrinfeld BMT-də çıxışı zamanı vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button