Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

Putin Ukraynada hərbi əməliyyatların dayandırılması təklifi ilə razılaşdığını deyib

Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatların dayandırılması təklifi ilə razılaşdığını söyləyib.

Bu barədə Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqlarının yekunları bağlı keçirdiyi birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya atəşkəs təklifi ilə razıdır, lakin bu, uzunmüddətli sülhə gətirib çıxarmalıdır.

Putin qeyd edib ki, Rusiya Ukrayna ilə 30 günlük atəşkəsin tərəfdarıdır, lakin Kursk vilayəti də daxil olmaqla, nüanslar var:

“Nəzarət və yoxlama məsələləri necə həll olunacaq? 2 min kilometr məsafədə kimin nəyi pozduğunu kim müəyyənləşdirəcək?
Hərbi əməliyyatların dayandırılması əmrini kim verəcək və bu məsələlərin qiyməti nədir? Bu razılaşmanı pozmaqda kim kimi günahlandıracaq? İdeyanın özü düzgündür, amma müzakirə etməli olduğumuz məsələlər var”, – Rusiya lideri qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button