Dünya

“Putin və Ərdoğan razılığa gəldi ki…”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putinin İdlibdəki mövcud sabit durumun qorunması ilə bağlı razılığa gəldiyi bildirilib.

Qeyd edək ki, Türkiyə və Rusiya liderləri dünən Soçidə bir araya gəliblər.

Məlumata görə, prezidentlərin Suriya və Libidən Qarabağa, “S-400” müdafiə sistemlərinin ikinci partının alınmasından ticarət ilgilərinə qədər bir çox məsələni müzakirə etdiyi deyilib. Amma görüşün əsas gündəm maddəsi İdlibdə artan gərginlik olub.

İki liderin təkbətək görüşündə razılıq əldə edildiyi bildirilib.

Görüşdə iştirak etdiyi iddia olunan bir yüksək vəzifəli Türkiyə rəsmisi “Middle East Eye” (MEE) nəşrinə açıqlamasında Ərdoğan və Putinin İdlib bölgəsindəki mövcud sabit durumu qorumaq üçün razılığa gəldiklərini söyləyib:

“İdliblə bağlı heç bir dəyişiklik yoxdur. Oradakı mövcud sabit durum qoruyacağıq”.

Prezident Ərdoğan Putinlə təkbətək görüşə girməzdən əvvəl kameralar qarşısında verdiyi açıqlamada bunu demişdi: “Suriya mövzusunda birlikdə atdığımız addımlar böyük əhəmiyyət daşıyır. Oradakı barış Türkiyə-Rusiya münasibətlərindən asılıdır”.

Related Articles

Bir cavab yazın

Back to top button