İran

Putin və Ərdoğan Tehrana səfər edəcəklər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın vaxtlarda İrana səfər edəcəyi ilə bağlı xəbərin yayılmasından sonra İran parlamentinin İqtisadi Komissiyasının sədri Məhəmmədrza Puribrahimi Rusiya prezidenti Vladimir Putinin də gələn həftə Tehrana səfər edəcəyini açıqlayıb.

İyulun 12-də bununla bağlı İRNA xəbər ajansına açıqlama verən Puribrahimi, habelə deyib: “İran və Rusiya prezidentləri arasında aparılacaq məsləhətləşmələrin əsas istiqaməti iqtisadi əməkdaşlığın inkişafına yönələcək”.

Rusiya rəsmiləri hələlik bu barədə rəsmi açıqlama verməyiblər, lakin daha öncə Türkiyənin “Anadolu” xəbər ajansı Ərdoğanın iyulun 19-da İrana səfəri barədə məlumat yayıb.

Xatırladaq ki, bundan öncə Putin və Ərdoğan 2017-ci ilin yayında üç ölkə – İran, Türkiyə və Rusiya arasında Suriya böhranı ilə bağlı danışıqlar aparmaq üçün Tehrana səfər etmişdilər.

Related Articles

Bir cavab yazın

Back to top button