Bu barədə SEPAH-ın Quru Qoşunlarının “Həmzə Seyid əl-Şühəda” qərargahının ictimaiyyətlə əlaqələr bölməsi məlumat yayıb.
Təxribat törətməyə hazırlaşdıqları iddia edilən 3 nəfərdən ikisinin öldürüıdüyü, birinin isə yaralandığı bildirilib.
Bununla yanaşı qeyd edilib ki, silahlıların qaçmasına yardım etməyə çalışan daha 3 nəfər həbs edilib.
Onların kimliyi və hansı təşkilata mənsub olduqları barədə açıqlama verilməyib.
Qeyd edək ki, adı çəkilən bölgədə kürd silahlı qruplaşmaları fəaldır.