İran

Qərbi Azərbaycan vilayətində xalqşünaslıq muzeyi təsis olunacaq

Qərbi Azərbaycanda xalqşünaslıq muzəsinin açılması üçün fərhəngi-tarixi əşya toplanılır. Məsələ ilə bağlı Qərbi Azərbycanın Fərhəngi Miras, Turizm və Əl Sənayesi İdarəsinin baş müdiri Cəlil Cabbari bilgi verib. O, hazırda Qərbi Azərbaycan xalqşünaslıq Muzəsinin açılışı üçün hazırlıqların görüldüyünü açıqlayıb. Cəlil Cabbarinin sözlərinə görə, bu yöndə indiyədək çeşidli mətbəx və sünnəti süd məhsullarını hazırlama əşyası, eləcə də qədim fərhəngi-tarixi sənədlər, yazılar və xətlə yazılmış kitablar toplanıb.“İş, əkin, ov alət və ədəvatı, tikiş və başmaq-tikmə vəsayili, tibbi, bəzək, sağlığı qoruma, habelə sünnəti ölçmə vəsayili artıq əyalətdə toplanıb. Ağacdan olan, saxsı, daş və dəmir əşya, habelə qab-qacaqlar da sakinlər tərəfindən hədiyyə olunub”, – deyə Cəlil Cabbari deyib.
Qeyd edək ki, hazırda əyalətin Miras Fərhəngi Baş İdarəsinin malikiyyətində 11 muzə var. Özəl şəkildə fəaliyyət göstərən başqa bir muzə Xoy şəhərinin Dar Ül Safa Tarix və Hünər Muzəsidir. Qərbi Azərbaycanda sair orqanların malikiyyətində isə Uşaq, Təbii Tarix və Himən muzələri mövcuddur.

Related Articles

Bir cavab yazın

Back to top button