Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

İranda yaşayan xristianlar xalqı etirazlara çağırdı-Bəyanat

Bundan öncəki etiraz aksiyalarında da Tehran hökuməti əcnəbi silahl qruplaşmaların xidmətindən istifadə edib

Xarici media, sosial şəbəkə fəalları və yerli şahidlərin dediyinə görə, İran hökuməti etirazları yatırmaq üçün İraqdan və Livandan Həşdi-Şəbi, Hizbullah və digər özünə bağlı hərbi ünsürləri ölkəyə gətirib.

Adı çəkilən ölkələrdə İrandan maliyyələşən silahlı terror qruplaşmalarının üzvləri dəfələrlə İran xalqlarının etiraz aksiyalarının yatırılmasında rol oynayıblar.

Aksiya iştirakçıları və sosial şəbəkə fəallarının verdiyi məlumata görə, SEPAH üzvəri və xüsusi təyinatlı qüvvələrlə birgə repressiyalarda iştirak edən İraqın Həşdi-Şəbi və Livanın Hizbullah qruplaşmalarının üzvləri xüsusi qəddarlıqları ilə seçilirlər.

Qeyd edək ki, bundan öncə 2009-cu və 2019-cu illərdə də, etiraz aksiyalarının kütləviləşməsindən qorxuya düşən Tehran rejimi adı çəkilən muzdluların xidmətindən geniş istifadə etmişdi.

İlgili Makaleler

Bir yanıt yazın

Başa dön tuşu