Azərbaycan

Qəzvində şirkətində çox sayda işçi işdən uzaqlaşdırılıb

Əczaçılıq və gigiyenik qablar istehsal edən şirkət işçilərin əmək haqlarını vermir.

Güney Azərbaycanın Qəzvin şəhərində əczaçılıq və gigiyenik qablar istehsal edən “Arabuş Qostər” şirkətinin işçiləri hüquqları təmin olunmadan işdən çıxarılıb.

Çoxunluğunun qadınlar olduğu işçilər sosial mediada yaydıqları məlumatda şirkət rəhbərliyinin onların əmək haqlarını ödəmədən və heç bir əsas olmadan işdən uzaqlaşdırdığını yazıblar.

İşçilərin bildirdiyinə görə, bir neçə ay bundan öncədən ödənilməyən əmək haqları ilə yanaşı, qanunla nəzərdə tutulan bayramlıq və başqa ödənişlərində ödənilməsi dayandırılıb.

Məlumatda son aylar tətil günləridə daxil olmaqla gündəlik 12 saat çalıdırılan, əmək haqlarını ala bilməyən işçilərin etiraz və müraciətlərinə rəhbərlik tərəfindən reaksiya verilmədiyi qeyd olunub.

Related Articles

Bir cavab yazın

Back to top button