Azərbaycanİran

Qəzvinli vəkil Əmir Əfşar Nəcəfi azadlıqdan məhrum edilib

Güney Azərbaycanın Qəzvin şəhərindən olan tanınmış vəkil və ictimai xadim Əmir Əfşar Nəcəfi 17 ay həbs cəzasına məhkum edilib.

Bununla yanaşı onun şəxsi əşyaları müsadirə edilib, iki il müddətində vəkillik fəaliyyətinə qadağa qoyulub.

Əmir Əfşar Nəcəfi sosial mediada etirazçıların hüquqlarının pozulması ilə bağlı paylaşımına görə, “hökumət əleyhinə təbliğat”da ittiham edilib.

Güneyli vəkil özünün sosial mmedia hesabında həbsi barədə qərara münasibət bildirib və barəsində irəli sürülən ittihamları rədd edib.

Related Articles

Bir cavab yazın

Back to top button