Azərbaycan

Qəbi Azərbaycanda yüksək rütbəli dövlət məmurunun yandırılmış cəsədi tapılıb

Qərbi Azərbaycanın yüksək rütbəli təhlükəsizlik və kəşfiyyat məmurlarından biri, əyalətin təhlükəsizlik polisi və intizami qüvvələrinin kəşfiyyat keçmiş rəhbəri polkobnik Əli Nobəxtin yandırılmış cəsədi tapılıb.

Verilən məlumatlara görə, kəşfiyyat rəhbərinin yandırılmış meyiti fevralın 19-da, Qərbi Azərbaycan əyalətinin Quşçu gədiyində minik avtomobilinin arxa baqajında aşkarlanıb.

Polkovnikin ötən bazar günü fevralın 14-də ailəsi ilə son dəfə telefon əlaqəsi saxladığı, ondan sonra barəsində hər hansı məlumat almağın mümkün olmadığı bildirilir.

Rəsmi dövlər qurumlarının təhlükəsizlik və kəşfiyyat xidmətinin polkovinikinin ölümü ilə bağlı hər hansı açıqlama verməmələri onun İran İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH), təhlükəsizlik və kəşfiyyat xidməti rəhbərliyində mövcud olan qarşıdurmaların qurbanı olduğu barədə ehtimalları gücləndirir.

Related Articles

Bir cavab yazın

Back to top button