AzərbaycanDünya

“Qəlbim Türkiyə, Pakistan, canım Azərbaycandır…” VİDEO

Pakistanlı müğənni Əsəd Kureyşi Azərbaycan, Türkiyə və Pakistan dostluğuna həsr edilmiş mahnı bəstələyib. Mahnı “Qəlbim Türkiyə, Pakistandır, canım Azərbaycandır” adlanır. Müğənni mahnıya Lahor şəhərində klip də çəkdirib, klipdə Azərbaycan Cümhuriyyətinin prezidenti İlham Əliyevin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, Pakistan baş vəziri İmran Xanın görüntülərindən istifadə edib. Mahnı türkcə və urduca olmaqla iki dildə səsləndirilib və sürətlə məşhurlaşıb. Vurğulayaq ki, Pakistan Türkiyə ilə yanaşı 44 günlük Qarabağ savaşında Azərbaycana böyük siyasi-mənəvi dəstək verib. Üç ölkənin dostluğu və qardaşlığı zəfərlə bitən bu savaşla daha da möhkəmlənib. Təsadüfi deyil ki, Bakıda hələ də üzərində Türkiyə və Azərbaycan bayraqları ilə yanaşı Pakistan bayrağı da yapışdırılan otomobillərə tez-tez rast gəlinir.

Related Articles

Bir cavab yazın

Back to top button