İran

Qərbi̇ Azərbaycanda 18 mi̇ndən çox şagi̇rd təhsi̇li̇ni̇ yarımçıq qoyub

Bu il Qərbi Azərbaycan əyalətində 18 mindən çox şagird təhsilini yarımçıq qoymalı olub. Məsələ ilə bağlı Qərbi Azərbaycanın Baş Təhsil İdarəsinin müdiri açıqlama verib. Məhin Mənafi ibtidai təhsildən uzaqlaşan şagirdlərin sayının 1179 olduğunu bildirib. Orta təhsilin birinci dövrü üzrə 6425, ikinci dövrü üzrə isə 10 719 nəfər təhsil ala bilməyib. Təhsilini yarımçıq qoyan şagidlərin əsasən Urmu və Xoy vilayətlərindən olduğu açıqlanıb. Mənafi bu durumun səbəblərindən də söz açıb. Belə ki, koronavirusun yayılması, iqtisadi məsələlər, erkən nikah, mədrəsələrin uzaq ərazilərdə yerləşməsi şagirdlərin təhsil almasına mane olub. Qurum rəsmisi bu il 465 nəfərin ibtidai, 5524 nəfərin orta təhsilin birinci dövrü, 3382 nəfərin isə orta təhsilin ikinci dövrü üzrə yenidən cəlb edildiyini deyib. Qeyd edilənə görə, Qərbi Azərbaycanda 108 min şagird Şad Təhsil Bərnaməsinə qoşula bilməyib. Onların 33 min 400-ü elat bölgələrində yaşayan şagirdlərdir.

Related Articles

Bir cavab yazın

Back to top button