İran

Qərbi Azərbaycan koronavirus qurbanlarının sayı açıqlanıb

Qərbi Azərbaycanda koronavirusdan gündəlik ölüm sayı 30 nəfəri ötüb. Məsələ ilə bağlı Korona ilə Mübarizə Sitadının Bilgiləndirmə İş Qrupunun rəisi Əli Əhməd Ağapur açıqlama verib. Belə ki, son 24 saatda əyalət üzrə 32 nəfər koronavirusdan həyatını itirib. Bununla da Qərbi Azərbaycanda virusdan ölənlərin sayı 2 919 nəfərə yüksəlib. Ötən gün təhlükəli infeksiyondan ən çox ölüm halı Bəykəndi və Urmu vilayətlərində qeydə alınıb. Hazırda əyalət mərizxanalarının ICU bölməsində 305 nəfər müalicə alır. Məlumata görə, 84 nəfər məsnoi tənəffüs dəstqahına qoşulub. Əli Əhməd Ağapur bildirib ki, 24 saat ərzində daha 847 nəfər koronavirusa tutulub.

Related Articles

Bir cavab yazın

Back to top button