Azərbaycanİran

Qərbi Azərbaycanda bələdiyyə işçilərinə şallaq vurulacaq

Qərbi Azərbaycan əyalətinin Bukan şəhərində həbs edilən 16 bələdiyyə işçisinə şallaq vurulacaq.

 Bu barədə Qərbi Azərbaycan əyalətinin baş hakimi Nasir Ətəbati məlumat verib.

O, bələdiyyə işçilərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etdiklərinə və rüşvət aldıqlarına görə həbs edildiklərini deyib:

“Saxlanılanlar həbs cəzası, cərimə, dövlət işindən uzaqlaşdırma cəzaları ilə yanaşı, şallaq cəzasına da məhkum ediliblər”.

Qeyd edək ki, Beynəlxalq Şəffaflıq Təşkilatının fevralın əvvəlində yaydığı hesabatda İran ən çox korrupsiyaya uğramış ölkələr arasındadır.

Hesabata görə, dünyanın 180 ölkəsi arasında korrupsiyaya görə İran 25 balla 147-ci yerdədir və dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri hesab olunur.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button