İran

Qərbi Azərbaycanda daha 375 nəfər koronavirusa yoluxub

“Qərbi Azərbaycanda ötən 24 saatda daha 375 nəfər koronavirusa tutulub. 90 nəfər müalicə mərkəzlərinə yerləşdirilib. Beləliklə, mərizxanaya yerləşdirilənlərin sayı 711 nəfərə yüksəlib”. Bu barədə Qərbi Azərbaycanın Danişqahında yerləşən Koronavirusla Mübarizə Sitadının Bilgiləndirmə İş Qrupunun rəisi Əli Əhməd Ağapur açıqlama verib. O, bildirib ki, koronavirusun ən çox yayıldığı günlərdə bu rəqəm 1700 nəfərdən çox olub. Ötən 24 saatda əyalətdə 12 nəfər Kovid-19-un qurbanı olub. Əyalət üzrə koronavirusdan ölənlərin sayı 3233 nəfərə çatıb. Bildirək ki, Qərbi Azərbaycanda bütünlükdə 96 min nəfər Kovid-19 mərizliyinə tutulub. Bu rəqəm ölkə üzrə ümumi tutulma sayının yüzdə 8.4-ü təşkil edir.

Related Articles

Bir cavab yazın

Back to top button