İran

Polşanın Avropa Parlamentindəki nümayəndəsi İran hakimiyyətini tənqid edib

“Mən Avropa Birliyi dövlətləri ilə ölkəmizin diplomatlarına müraciət edirəm. Məhəmməd Cavad Zərif gələn dəfə sizinlə görüşəndə onun necə pis və iyrənc bir rejimi təmsil etdiyini xatırlayın”. Bu fikirləri Ləhistanın Avropa Parlımanındakı nümayəndəsi Radoslav Sikorski səsləndirib. O, İran hökumətini ən böyük zülmkar rejimlərdən biri adlandırıb. “İran rejimi İslam qanunları ilə idarə olunduğunu iddia edir. İran höküməti Allahı təmsil edirsə, öz xalqını bu qədər basqı, işgəncə və qırğın etmək nəyə gərəkdir?”,- deyə Sikorski vurğulayıb. Ləhistanlı məqam İran liderlərinə xitabən deyib: “Siz öz ölkənizi o qədər çarəsiz və çıxılmaz vəziyyətə salmısınız ki, indi mühüm enerji qaynaqlarınızı eləcə də alt quruluşlarınızı Çinə təhvil vermək üçün danışıqlar aparırsınız. İran Avropa ilə daha yaxşı münasibətlər qurmaq habelə təhrimlərin ləğvini istəyirsə, yubanmadan insan haqları pozuntularına son qoymalıdır”.

Related Articles

Bir cavab yazın

Back to top button