az

Qərbi Azərbaycanda elektrik enerjisi çatışmazlığı yaşanır

İranda havaların istiləşməsi ilə eyni vaxtda ölkənin bir sıra bölgələrində elektrik enerjisi çatışmazlığı yaranıb.

Bildirilib ki, Qərbi Azərbaycan əyalətində daha çox enerji sərfiyyatı qeydə alınan 14 dövlət müəssisəsinin elektrik enerjisi kəsilib.

Qeyd edək ki, bir müddət əvvəl hökumət yetkililəri tərəfindən elektrik enerjisi çatışmazlığı barədə mütəxəssislərin xəbərdarlığı əsassız adlandırılırdı.

Sahə üzrə ekspertlər qarşıdakı həftələrdə İranda elektrik enerjisi sahəsindəki böhranın daha da dərinləşəcəyini bildirirlər.

Related Articles

Bir cavab yazın

Back to top button