İranSağlıq & Yaşam

Qərbi Azərbaycanda insulin çatışmazlığı məsələsinə aydınlıq gətirilib

Qərbi Azərbaycan Tibb Elmləri Danişqahının yeyinti və Dava İşləri müavini əyalətdə ənsolin çatışmazlığı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Calal Qafarzadənin sözlərinə görə, Qərbi Azərbaycan üçün ayrılan müvafiq miqdarda ənsulin əyalət davaxanalarına paylanılıb. O, ölkə bazarlarında yerli ənsolin brendlərinin mövcud olduğunu deyib. Ancaq bəzi doktor və mərizlərin “Lantos” kimi xarici brendlərin istifadəsində israrlı olduğunu vurğulayıb. Bu da öz növbəsində ənsolin çatışmazlığına səbəb olub. “Mərizlər ölkənin tolid etdiyi ənsolindən istifadə edə bilərlər. Bununla da sağlıq durumları təhlükə altına düşməz. Hazırda davaxanalarda müxtəlif brendli ənsolinlər var. Mərizlərin yalnız bir brendə israr etməsi müşküllərə yol açır”,-deyə Qafarzadə qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button